Ev Tovuz xəbərləri

Tovuzda avtoqəza: 3 nəfər yaralanıb

PAY
Tovuz Hadisə

Tovuz-Əlibəyli yolunun  Aşağı Öysüzlü kəndi ərazisində 3 nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib. Belə ki, Tovuz şəhər  sakini 43 yaşlı Tahir Yusifova məxsus Qaz 21-29 markalı avtomaşınla Yuxarı Öysüzlü kənd sakini 34 yaşlı Elşən Rəhimova məxsus “Niva” markalı minik maşınları toqquşub. Nəticədə, Qaz 29-un sürücüsü Tahir Yusifov və “Niva”nın sərnişinləri  — 31 yaşlı Təranə Rəhimova  və iki yaşlı Əsmər Rəhimova xəsarət alaraq Tovuz  Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.Daha bir yol qəzası eyni vaxtda Tovuz-Əlibəyli yolunun Qaziqulu kəndi ilə kəsişən hissəsində baş verib.  Bu dəfə Əlibəyli  kənd sakini  33 yaşlı Vüqar Mehdiyev  idarə etdiyi Vaz 21-06 markalı avtomaşını əvvəlcə yolun kənarında dayanan eyni markalı avtomaşına daha sonra isə yol kənarındakı mağazaya çırpıb. Hər iki fakt üzrə Tovuz rayon polis şöbəsində araşdırma aparılır.

CÜMŞÜD MƏMMƏDOV (turkeltv.az)

PAY