Ev Manşet

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

PAY
Tovuz Hərbi

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən  məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu və Gülüstan, Tərtər rayonunun Göyarx və Çiləbürt, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

PAY