Ev Cəmiyyət

«Bu günkü dünyamızda enerji uğrunda mübarizə gedir»

PAY
Tovuz Azad Məsiyev

Analitiklərin və futuroloqların fikrncə, yaxın 20 ildə dünya siyasətinin ağırlıq mərkəzi dəyişiləcək. İçməli su və altenativ enerji mənbələri bu siyasətin əsas predmeti olacaq. Bu yöndə suallarımızı Azərbacan Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun direktoru Azad Məsiyev cavablandırır.

-Azad müəllim, insanlığın min illər ərzində faydalandığı ənənəvi enerji qaynaqları erası başa çatır, yəni onar tükənmək üzrədir. Sizcə, bu baxımdan hazırda daha hansı potensial imkanlar var?

-Çağdaş dünyamızda texnalogiya sürətlə inkişaf edir. Bu baxımdan yeni enerji mənbələrinə ehtiyac var və bu sahə üzrə inkişaf etmiş ölkələrdə elmi araşdırmalar aparılır, yeni nailiyyətlər əldə olunur. Xüsusilə elektron texnalogiya sahəsində sürətli inkişaf əldə edilib və sürətlı işlər gedir. Hər bir texnalogiyanı uzun müddət işlətmək (idarə etmək) üçün yeni enerji mənbələrinə ehtiyac duyulur. Deyilənlərə baxmayaraq, ənənəvi alternativ enerji mənbələri də gündəmdə qalır. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə bu sahəyə ehtiyac duyulur. Alternativ enerji mənbəsi dedikdə Günəş şualarından əldə edilən (istilik, elektrik) enerji, küləyin , çay sularının, dəniz dalğalarının hərəkətini mexaniki hərəkətə çevirb elektrik enerjisinin alınması, dənizlərdə su axınından itifadə etməklə enerjinin alınması, biokütlədən (xüsusi ilə üzvü maddələrdən) bioqazın alınmasını misal göstərmək olar. Qeyd etdiyimiz sahələr enrji baxımından tükənməz sahələrdir.Ölkəmizdə bu sahəyə böyük ehtiyac var. Xüsusilə qeyri-neft sektorunu inkişaf etdirmək üçün alternativ enerji mənbələrinə ehtiyac var. Vətəndaşların dövlətdən asılılığını aradan qaldırmaq və özəl sahibkarlığı inkişaf etdirmək, istehsal olunan məhsulun maya dəyərinin ucuz başa gəlməsi üçün alternativ enerji mənbələrinə ehtiyac var. Yuxarıda qeyd etdiyimiz alternativ enerji mənbələrini əldə etmək üçün ölkəmizdə münbit şərait var. Bakıda (Abşeron yarmadasında) Günəş şualarından istilik, elektirik enerjisi əldə etmək olar. Küləyin, dəniz dalğalarının hərəkətini mexaniki hərəkətə çevirib elektikik enerjisini əldə etmk mümkündür. Rayonlarımızda, xırda çaylarda, kanallarda kiçik həcmli su elektirik stansiyaları quraşdırmaqla elektrik enerjisi, aqrar sahələrdə, fermer təsərrüfatlarında biokütlədən (heyvan peyinindən) qaz almaq olar.
-Bu tip enerji ekoloji baxımdan hansı faydaları verə bilər?

-Qeyd etmək lazımdır ki, bütün növ enerjilərin əldə edilməsi zamanı ekoloji məsələ birinci məsələdir. Birinci dərəcəli məsələ təbiətin qorunması və onun da içərisində insanların sağlamlığının qorunmasıdır. İnsan nə yaradırsa, öz əlehinə yaradır, bu da bəşəriyyətin məhvinə gətirib çıxarır. Gəlin baxaq, atom elektirik stansiyalarının verdiyi enerji ilk baxışda səmərəlidir. Sual doğur: qəza baş verərsə, bu halda bəşəriyyətə, insanlığa vurulan ziyanı aradan qaldırmaq olurmu? Çernobıl hadisəsı yaxın keçmişimizdir. Bu hadisənin harada baş verməsi əsas deyil, onun vurduğu ziyanlar əsasdır. Bundan bütün dünya, bütün canlı varlıqlar əziyyət çəkir.
Neft və qazın çıxardılması, emalı zamanı ekoloji məsələlər prioritet məsələdir, heç vaxt gündəmdən düşməyəcək. Başqa bir misal. İnsanlar istilik enerjisi əldə etmək üçün həyətlərindəki ağacları, meşələri qırıb ondan istilik mənbəyi kimi istifsdə edib və edəcəklər. Bu da geniş mənada təbiyətə və insanlığa vurulan zərbədir.
Qeyd etdiyim enerjı mənbələri ekoloji baxımdan tam əlverişlidir, heç bir zərəri yoxdur. Misal üçün, yaşayış binalarının tavanına günəş şualarını qəbul edən qurğu quraşdırıb istilik və elektirik enerjisi əldə etmək və məişətdə daim istifadə etmək olar. Bu enerjinin alınması üçün digər maddələrə, komponentlərə ehtiyac yoxdur. Başqa birini qeyd edim. Azərbaycanda əsas neft yataqlarl dənizdədir. (Neft Daşları, Dədə qorqud, Günəşli , Çıraq və.s yataqlar) Burada hazır xüsusi meydançalar var. Onların üzərində dəniz dalğalarının hərəkətini mexaniki hərəkətə çevirb elektikik enerjisi əldə etmək olar ki, bundan da faydalanmaq olar. Burada da heç bir ekoloji baxımdan təhlükəli zərər yoxdur. Başqa bir misal. Bioqazın alınmasını görürək. Biokütlədən qaz ayrıldıqdan sonra qurğuda maddələrinin qarışığı olan yüksək keyfiyyətli kübrə əldə olunur ki, bu da kənd təsərrüfatında ekoloji baxımdan məhsulların alınmasında geniş istifadə etmək olar.
-Azərbaycanın hansı alternativ enerji qaynaqlarına malikdir?

-Bu sahədə dövlət proqramı var. Düzü bu layhə həyata necə keçirilir, səmərəliyi var, ya yox, dəqiq bir söz deyə bilmərəm. Hesab edirəm ki, bu məsələdə daxili potensiyal kifayət qədər var. Bildiyimə görə, xaricdən böyük məbləğdə külək generatorları gətirilib quraşdırılıb. Bu cür qurğular əsasən okean sahillərində quraşdırılır. Orada küləyin hərəkəti birtərəflidir — okeandan sahilə. Bakıda isə gah xəzri, gah da gilavar əsir. Bu cür qurğuların effektivliyi lazımınca olmur. Açığı, mən bunun əlehinəyəm. Biz çalışıb çorafi şəraitə uyğun gələn öz qurğularımızı istehsal edib tətbiq etməliyik. Buna kifayət qədər potensialımız var. Bu potensialı aşkara çıxatmaq, ondan səmərəli istifadə etmək, gələcək nəsillər üçün yol açmaq lazımdır. Bu həm elmi, həm texnoloji sahədə olmalıdır. Heç nə birdən-birə əldə edilmir. Zaman-zaman formalaşır, təkmilləşirr. Mersedes maşını birdən-birə mersedes olmayıb, bu zaman tələb edib. Sizin qaldırdığınız məsələ də belədir, daxili potensial və zaman. Yoxsa milyonlarla manat xərcləyək, nətisəsi lazımınca olmasın, bu, düz deyil. Bu cür qurğular xarab olarsa, ehtiyat hissələrinə yenə də milyonlar xəclənəcək.
-Bunlardan kifayət qədər faydalanmaq üçün nələr edilməlidir?

-Prezident bu sahənin inkişafı üçün dövlət proqramının hazırlanması barədə göstəriş verib. Bu çox yaxşıdır. Bu işi həyata keçirən mövcud qurumlar respublikadakı kadr potensialından istifadə edibmi? Bu işdən xəbəri olan mütəxəssisləri səfərbər edibmi? Elmi-praktiki konfrans keçiriblərmi, ali məktəblərdə bu sahələr tədris olunurmu? Elmi-tədqiqat institutları bu sahəni araşdırırmı?
Respublikamızda kifayət qədər ali məktəblər, elmi tədqiqat institutları, zavodlar, elmi potensial var. Bu sahə dövlət proqramına salınmalı, xüsüsi nəzarətə götürülməlidir. Yoxsa külli miqdarda vəsaitə xaricdən qurğu alıb quraşdırmaq dövlət proqramının icrası demək deyil. Azərbaycan həm də Günəş, dənizin qabarması və çəkilməsi, biokütlə mənşəli altenativ enerji mənbələrinə malik ola bilər. Biz rspublikanın Nazirlər Kabineti və Milli Məclisin müvafiq komissiyaları qarşısında bu barədə dəfələrlə məsələ qaldırmışıq. Lain təəssüf ki, onların reaksiyası sözlə dəstəkdən irəli getməyib. Məlum olduğu kimi, Azərbaycan Xəzər dənizində Neft Daşları kimi unikal bir qurğuya malikdir. Bu nadir qurğunun cüzi bir hissəsindən istifadə etməklə Xəzərə dənizinin qabarma və çəkilmə gücü vasitəsilə kifayət qədər elektirik enerjisi əldə etmək mümkündür. Müşahidələr göstərir ki, Xəzər dənizi ilin on bir ayını küləklərin təsirinə məruz qalır. Bəs niyə biz bu havayı imkandan faydalanmayaq?
-Alternativ enerji dünya siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?

-Bu gün istehsal olunan bütün növ məsullar — istər yüngül sənsye olsun, istər ağır sənaye olsun, istərsə də dgər sahələr — bunun arxasında enerji durur. Əgər enerjinin qiyməti qalxarsa, bu zaman bütün növ məhsulların maya dəyərinə birbaşa təsir edər. Deməli, dövlətlərin iqtisadiyyatı və sosial vəziyyəti enerjidən bilavasitə asılı olur. Bu günkü dünyamızda enerji uğrunda mübarizə gedir. Ərəb inqlabları buna bariz nümunədir. Dünyanin neft-qaz yataqlarına nəzarət, dünyaya nəzarət deməkdir. Böyük dövlətlər öz xarici siyasətlərini bunun üzərində qururlar. Bəzən enerji (neft və qaz) maraqlarına görə demokratiyanı (ideologiyanı) qurban verirlər. Bu sahədən geniş şəkildə danışmaq olar. Söhbətdən yayınmayaq. Əgər dövlətlər öz enerji ehtiyaclarını alternativ enerjinin hesabına qismən də olsa, aradan qaldırsa, onda dünyada siyasi məsələlər məcrasını dəyişər. Vaxtilə bir dövlət öz problemlərini həll etmək üçün başqa zəif ölkəni silah yolu ilə işğal edirdi. Bir müddət keçdi bu metod köhnəldi. Sonralar ideoloji bəhanələrlə işğalçılıq başlandı. Zaman keçdi, bu metod da köhnəldi. İndi isə qloballaşma yolu ilə işğalçılıq başlayıb.
Bununla belə, hesab edirəm ki, altentiv enerji qaynaqları dünya iqtisdiyyatında aparıcı rola malik olsa, dövlətlərarası münasibətlərdə tədricən yumşalmalar müşahidə olunacaq, insanlar silaha sarılıb bir-birlərini qırmayacaqlar.

Söhbətləşdi: Savalan

http://unikal.org

PAY