Ev Cəmiyyət

Tovuzda su sayğaclarına müdaxilə

PAY

Tovuz rayonunda yeni çəkilmiş su xətti  sakinlərlə müvafiq idarə işçilərini üz üzə qoyub. Səbəb isə bəzi vətəndaşların sayğaclara qeyri-qanuni müdaxiləsidir. Abonentlər yeni quraşdırılmış sayğaclara müdaxiləni dayandırmasalar, onlar haqqında çox ciddi tədbirlər görüləcək. İdarəmiz bu barədə qəti qərarlar qəbul edib. Bu sözləri Tovuz rayon Su kanalı idarəsinin müdiri Arif İsmayılov TTV – yə ekskuliziv müsahibəsində deyib. O, bildirib ki, bir neçə gün öncə quraşdırılmış su xətlərində yoxlamalar aparılarkən bir neçə qayda pozuntusu aşkarlanıb. Ümumi uzunluğu 2400 metr olan su xəttində anoloji hal artıq üçüncü dəfədir ki, təkrarlanıb. İdarə rəhbərinin sözlərinə görə bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaşlar onların bu tələbinə məhəl qoymayıblar. Arif İsmayılov, qəbul olunan qərarlardan danışarkən vətəndaşlara cərimənin məbləğini açıqlayıb. Yerində araşdırma aparan Tovuz rayon su kanal idarəsi İmadəddin Nəsimi küçəsində yerləşən Tahir Abdullayevə məxsus evdə baxış keçirib. Məlum olub ki, sayğaca müdaxilə edilib. Ev sahibinin oğlu Orxan Abdullayev isə xəttdən su gəlmədiyi üçün əlavə borudan istifadə olunduğunu deyib. Tovuz rayon su kanal idarəsinin mühəndisi Tahir Orucov ev sahibinin iradını qəbul etməyərək baş verənlərə qanunla nizamlanmış qaydada aydınlıq gələcəyini bildirib. Qeyd edək ki, 7000 abonentlik Tovuz şəhəri ərazisinə hazırda 1500 evə sayğac quraşdırılıb və artıq bunun 500 – ü aktivləşdirilib.
Tural Turan (turkeltv. az)

PAY