Ev Cəmiyyət

Turan (futbol klubu, Tovuz)

PAY

1992-ci il fevral ayının 23-də təsis olunub. Azərbaycanda ilk peşəkar futbol klubu kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Yarandığı ildən bu yana bütün çempionatlarda iştirak edən üç komandadan biridir. Çempionatda bir dəfə birinci, bir dəfə ikinci, iki dəfə üçüncü, iki dəfə isə dördüncü pilləyə sahib olub. İlk dəfə ölkəmizi avrokuboklarda təmsil edən komandadır. 1994-cü ildə tovuzlular «Fənərbaxçaya» hər iki oyunda məğlub (0:5,0:2) olublar. 2005-ci ildə komanda Patalya turnirində Malatyaspor, Dənizlispor, Samsunsporu məğlub edərək finala vəsiqə qazansa da, finalda Diyarbəkirspora uduzaraq ikinci mükafata sahib olub. Çempion olan mövsüm isə komanda Birlik Kubokunda iştirakdan imtina edib

Klubun tam adı
Rəngləri Göy-qırmızı
Ləqəbi Boz qurd
Yaranma tarixi 23 fevral 1992
Stadionu Tovuz şəhər stadionu
Tutumu 6334
Prezidenti Yaşar İbrahimov
Baş məşqçisi Əsgər Abdullayev
Liqa Azərbaycan Premyer Liqası
Mövsüm 2011/2012

Azərbaycanı Avropa kuboklarında ilk dəfə «Turan» təmsil etmişdir.

PAY