Ev Cəmiyyət

4 avtomobil toqquşdu: yaralılar var

PAY
Tovuz Hadisə

Bu gün saat 14 Şəmkir rayonu ərazisində 4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolununun Gürcüstan sərhədi yolununun  394-cü km-də Şəmkir rayonu ərazisinsdən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini Cavid İsgəndərovun idarə etdiyi “Mitsubishi L-200 Pitap” markalı avtomobillə Bakı şəhər sakini Leyla Mustafazadənin idarə etdiyi “Chevrolet Avia”  markalı maşınla toqquşub. Toqquşmadan sonra  “Chevrolet Avia”  idarəetmədən çıxaraq  əks istiqamət üzrə hərəkət edən Şəmkir rayon sakini Eyyub Qəhrəmanovun idarə etdiyi maşınla və Bakı şəhər sakini Samir Qasımovun idarə etdiyi VAZ 21-06markalı avtomobilə çırpılıb. Hadisə zamanı 21-06-nın sürücüsü S.Qasımov və “Chevrolet Avia”-nın sərnişini Qazax rayon Ağköynək kənd sakini Tünzalə Mürşüdova ağır  bədən xəsarətləri alaraq Şəmkir MRX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Xəsıtəxanadan TTV-yə bildirilib ki, T.Mürşüdovanın vəziyyəti ağırdır. Faktla bağlı BDYPİ-nin İT bölməsində araşdırma aparılır.

FUAD NAZIMOĞLU (turkeltv.az)

PAY