Ev Cəmiyyət

Tovuz rayonunda “Kross” yarışı keçirilmişdir

PAY
Tovuz Su təchizatı

Heydər Əliyevin anadan olmasının 90- illik yubileyi münasibəti ilə ali hərbi məktəblərə və liseylərə daxil olmaq üçün hazırlaşan ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə Tovuz rayonunda “Kross” yarışı keçirilmişdir.
Aprelin 24-də 2013-cü il tarixdə  Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Tovuzda bu il hərbi məktəblərə hazırlaşan 209 şagirdin ümumrayon toplantısı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gələrək, ulu öndərin abidəsi önünə əklil və tər çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri “N” saylı hərbi hissədə davam etdirmək üçün şagirdlər 5 kilometrlik məsafəyə yürüş keçirmişlər.
Tədbirdə  icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış etmişdir.
Natiq son dörd ildə 320 nəfər tovuzlunun ölkənin hərbi məktəblərinə daxil olduğunu qeyd edərək bildirmişdir ki, bu il rayon məktəblərinin XI siniflərində təhsil alan 209 şagird hərbi məktəblərə daxil olmağa çalışırlar. Çünki mənfur qonşularımızla 69 kilometrlik ərazidə həmsərhəd olan Tovuz rayonunun gəncləri bilirlər ki, düşmən tapdağı altındakı torpaqlarımızı azad etmək üçün dövlətimizin bacarıqlı hərbçilərə ehtiyacı vardır.
Sonra hərbi hissəyə yürüşdə birinci yerə çıxan Düz Qırıqlı kənd orta məktəbinin şagirdi Seyfəddin Yüsifov, ikinci nəticə göstərən Bayramlı kənd orta məktəbinin şagirdi Elçin Ələkbərov və üçüncü yeri tutan Dondar Quşçu kənd orta məktəbinin şagirdi Fazil Vəliyev rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

PAY