Ev Cəmiyyət

Azərbaycanda tələbə olmaqdan imtina etmiş abituriyentlərin statistikası açıqlandı

PAY
Tovuz TQDK

2013/2014-cü tədris ili üçün Azərbaycanın ali və orta təhsili müəssisələrinə qəbul olan abituriyentlərdən neçəsinin daxil olduqları təhsil müəssisələrində qeydiyyatdan keçdiyi açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali məktəbə qəbul imtahanlarının nəticələri əsasında aparılmış ilkin yerləşdirmə zamanı tələbə adını qazanmış 33 798 abituriyentin 32 701-i qeydiyyatdan keçib. Bu isə ilk yerləşdirmədə ali məktəbə daxil olan ab

Ali məktəblərin vakant qalan yerlərinə aparılan əlavə yerləşdirmə nəticəsində tələbə adını qazanan 938 abituriyentin 732-si qeydiyyatdan keçib. Bu isə həmin abituriyentlərin 78 faizini təşkil edib.

Bu il tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olan 8243 abituriyentin 7248-i qeydiyyadan keçib. Bu, həmin abituriyentlərin 87,93 fa

Abituriyentlərin daxil olduqları təhsil müəssisəsində qeydiyyat avqustun 20-də başlayıb və bu gün başa çatıb.

Tələb olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilib və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyib.

Qeyd edək ki, cari ildə ali məktəblər üçün ayrılmış 36 537 plan yerinə 33 745 abituriyent qəbul olub. Bu il tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 8243 nəfər qəbul olub.

PAY