Ev Cəmiyyət

Tovuzda Kapoeyraya maraq artıb

PAY
Tovuz İdman

Braziliya döyüş növü olan kapoeyranın vətəni Latın Amerikası olsa da, bu idman növünə ölkəmizdə, xüsusi ilə də bölgələrdə maraq çoxdur. Tovuzda yeni açılan kapoeyra məktəbinə üz tutan gənclərin sayı da günü-gündən artmaqdadır. Kapoeyra döyüş sənəti Azərbaycanda ilk dəfə 1997-ci ildə yaradılıb. 2000-ci ildə Bakıda Azərbaycan Kapoeyra Federasiyası vahid mərkəz kimi formalaşıb. İlk kapoeyra məktəbi Azərbaycan Kunq-fu Federasiyasının nəzdində yaradılıb. 2007-ci ilin sonunda isə Azərbaycan Kapoeyra Federasiyası təsis edilib və dövlət qeydiyyatına alınıb. Hazırda Bakıda və Azərbaycanın bir çox regionlarında, o cümlədən Tovuzda Azərbaycan Kapoeyra Federasiyası rəsmi məktəbini yaradıb. Tovuzda kapoeyra məktəbi 1 aydır ki fəaliyyət göstərir. Lakin buna baxmayaraq bu məktəbə üz tutan yeniyetmə və gənclərin sayı günü-gündən artmaqdadır. Rayonun ən ucqar kəndlərindən belə məktəbə gələnlər var. İdmançıların kapoeyra idman növünün sirrlərinə daha yaxşı yiyələnmələri üçün Gəncə kapooeyra məktəbindən də seminarlara məşqçi cəlb olunub. Bu gün Azərbaycan kapoeyraçıları ölkəmizi beynəlxalq yarış, festival və seminarlarda layiqincə təmsil edirlər. Yeni yaranan Tovuz kapoeyra məktəbini isə qarşıda çox sınaqlar və yarışlar gözləyir.

Vüqar Qarayev(turkeltv.az)

PAY