Ev Cəmiyyət

Rayon haqqında

PAY

Tovuz rayonu 1930-cu ilin avqust ayının 8-də təşkil olunmuşdur. Rayon ölkədə ən iri kənd təsərrüfatı rayonlarından biri olmaqla ərazisi 1903 kv km, 01.07.2012-ci il tarixə əhalisi 163.6 min nəfərdir.
Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, özəl sektorda və xidmət sahələrində çalışır.
Tovuz rayonunda 2 şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır. Rayonda 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur.
Rayon ərazisində 235 idarə və müəssisə, 9 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanxana fəaliyyət göstərir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 76174 nəfər, o cümlədən onların 45266 nəfəri kənd təsərrüfatında, 7745 nəfəri təhsil və mədəniyyət müəssisələrində, 5767 nəfəri ticarət və içtimai iaşədə, 5836 nəfəri tikintidə, 3240 nəfəri nəqliyyat və rabitədə, 2632 nəfəri səhiyyədə və sosial təminatda, 1670 nəfəri idarəetmə orqanlarında, 1170 nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 1572 nəfəri sənayedə, 1276 nəfəri digər sahələrdə çalışır

Əhalisi
Tovuz rayonunun əhalisi 01.07.2012-ci il tarixə rəsmi qeydiyyatda 163,6 min nəfərdir.
Rayonda həmçinin 1952 nəfər Qarabağ Müharibəsi Veteranı, 350 nəfər Qarabağ Müharibəsi əlili, 346 nəfər şəhid ailəsi, 72 nəfər Böyük Vətən Müharibəsi Veteranı, 182 nəfər Əfqanıstan Müharibəsi Veteranı vardır. Rayonun 14 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb.
Tovuz rayonunda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 6 ailə (36 nəfər) müvəqqəti məskunlaşmışdır.
Əmək fəaliyyəti ilə məşğul olanlar – 76174 nəfərdir
Təhsil alanlar -23548 nəfərdir
Təqaüdçülər – 36143 nəfərdir
Coğrafi mövqeyi
Rayon respublikanın şimal-qərbində yerləşməklə, şimaldan Gürcüstan Respublikası, qərbdən Ermənistan, cənubdan və cənubi qərbdən Gədəbəy rayonu, şərqdən Şəmkir rayonu, şimali-şərqdən Samux rayonu ilə həmsərhəddir.
Ərazisi relyef baxımından kəskin müxtəliflliyi ilə fərqlənir. Buraya orta dağlıq, alçaq dağlıq və dağətəyi zonalar daxildir.

Kür çayı rayonu iki hissəyə ayırır. Sol sahilində geniş Ceyrançöl massivi uzanır ki, bu da heyvandarlığın inkişafında əsas otlaq kimi istifadə olunur. Çayın sağ sahili əkinçilikdə istifadə olunur, rayonun meşə fondunu və dağ çəmən zonasını tutur.
Rayonun ərazisində çay şəbəkəsi seyrək olub, şimalda Kür çayı, mərkəzi hissədə Tovuz çayı və onun qolu Axınca çayı, Əsrik çayı, şərq hissədə Zəyəm çayı və onun xırda qolları axır, yağıntının illik miqdarı 40-70 mm təşkil edir. Rayonun torpaqları aran zonasında şabalıdı (boz qəhvəyi) torpaqlardan, dağlıq ərazidə dağ çəmən torpaqlarına qədər dəyişir.
Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 435 km-dir.

PAY