Ev Cəmiyyət

Toydan sonra bıçaqlanma…

PAY
Tovuz Hadisə

39 yaşlı Tovuz rayon sakini həmkəndlisinə salam əvəzinə bıçaq uzadıb. Hadisə dünən axşam saatlarında baş verib. Rayonun Şamlıq kənd sakini Şaiq Hüseynov keçmiş həyat yoldaşının xalası oğlu Xalıqverdi Mustafayevə üç bıçaq zərbəsi endirib. Kənddə keçirilən toydan evə qayıdan ata və oğul adıçəkilən şəxsin hücumuna məruz qalıb. Hadisə şahidi olan Rasim Sadıqov hər iki şəxsin içkili olduğunu, hadisənin də qəfildən baş verdiyini bildirdi. Şaiq Hüseynov Xalıqverdi Mustafayevə iki bıçaq zərbəsi vurduqdan sonra üçüncünü də vurmaq istəyib. Elə bu vaxt Rasim Sadıqov onlara mane olmağa çalışıb bu zaman  bıçaq onunda  əlini kəsib. Zərərçəkənin xalası,hadisəni törədənin keçmiş qaynanası olan Solmaz Xəlilova isə tufeyli həyat yaşayan Şaiq Hüseynovun bu birinci cinayət xarakterli hərəkəti olmadığını söylədi. 3 bıçaq zərbəsi alaraq xeyli qan itirən Xalıqverdi Mustafayev Tovuz rayon Mərkəzi Xəstəxanasının yerləşdirilib. Qeyd edək ki, Xalıqverdi Mustafayev səhər saatlarında dünyasını dəyişib.Zərərçəkənin ailə üzvləri hadisə haqda dərhal hüquq – mühafizə orqanlarına məlumat versələrdə onu gecə saatlarında ələ keçirmək mümkün olmayıb. Faktla bağlı Tovuz rayon Polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat – axtarış tədbirləri davam etdirilir.

Tural Turan (turkeltv.az)

PAY