Ev Cəmiyyət

Avtovağzal gücləndirilmiş iş rejiminə keçdi…

PAY
Tovuz Avtovağzal

Yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq paytaxta, digər şəhər və rayonlara gedənlərin sayı adi günlərlə müqayisədə bir neçə dəfə artıb. Sərnişin sıxlığının müşahidə olunduğu belə bir vaxtda nəqiliyyat çatışmazlığının aradan qaldırılması vacib məsələdir. Çünki vəziyyətdən istifadə edən işbazlar bu vaxtlar qiymətləri qaldırmağa çalışırlar. Lakin  sərnişinlər belə hallarala qarşılaşmadıqlarını dedilər. Sərnişin sıxlığı ilə əlaqədar olaraq Tovuz Avtovağzalı  artıq gücləndirilmiş iş rejiminə keçib. Xəttə əlavə iri və xırda tutumlu avtobuslar  cəlb olunub. Bu da vətəndaşların mənzil başına rahat çatmasını təmin edir. Sərnişin sıxlığının aradan qaldırılması məqsədi ilə  Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti öz növbəsində qatarlara əlavə vaqonların qoşulmasını təmin edib. Stansiya rəisi Əhməd  Əhmədov onu da qeyd etdi ki, qatarla Bakıya getmək istəyən sərnişinlər  Tovuz stansiyasında bilet problemi ilə üzləşməyiblər.Və  sərnişindaşmada heç bir problem yoxdur.

PAY