Ev Cəmiyyət

Tovuzda avtomobil körpüdən aşdı: 1 ölü,1 yaralı

PAY
Tovuz Hadisə

Bu gün 03: 30 radələrində Tovuz rayonu Əsrik – Cırdaxan və Kirən yolunun kəsişməsində 1 nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtomobilin əyləc sisteminin işləməməsi “Niva” marakalı maşının Əsrik çayına yuvarlanması ilə nəticələnib. Bu zaman sürücü Aqil  Quliyev dünyasını dəyişib avtomobildə olan sərnişin Bəhman Hüseynov isə ağır xəsarət alaraq Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı Tovuz rayon polis şöbəsində cinayət işi açılıb və istintaq tədbirləri davam etdirilir.

PAY