Ev Cəmiyyət

Tovuzun 2 kəndində yeni məktəb istifadəyə verildi

PAY
Tovuz Məktəb

Bilik günü ilə əlaqədar bütün müəllim-şagird kollektivinin,xüsusilə də, yeni tədris ilinə yeni məktəbdə başlayanların sevinci hədsiz idi. Bu sevincdən Tovuz rayon Zahir Yusifov adına Bayramlı kənd orta məktəbinin şagirdlərinin də payı var idi. 220 şagird  yerlik ikimərtəbəli,  ən son texnologiyalarla təhciz  olunmuş, müasir standartlara cavab verən  yeni məktəbdə idman zalı,kompyuter otağı,  yeməkxana, və zəngin kitabxana da yer alıb.  Bundan əlavə, bina müasir istilik və havalandırma sistemi ilə də tam təhciz olunub. Ötən il məktəbin əldə etdiyi yüksək göstəricilərdən qürurlanan şagirdləri təhsilə olan maraqlarının daha da artdığını deyirlər. Bu il isə bu  göstəriciləri daha yüksək nəticələrlə yeniləmək onların üzərinə düşür.  Tovuz rayon Təhsil şöbəsindən TTV-yə verilən məlumata görə, daha bir məktəb rayonun Məşədivəlilər  kəndində açılıb. Burada 1 məktəb əsaslı şəkildə, digər iki məktəb isə, təmir olunaraq şagirdlərin istifadəsinə verilib. Növbəti ildə isə daha 5 məktəbin tikiləcəyi və bir neçəsinin əsaslı təmiri nəzərdə tutulur.

Cümşüd Məmmədov

PAY