Ev Manşet

Beş ölkənin sənətçiləri Tovuzda

PAY
Tovuz Mədəniyyət

Bu gün Kuba, Qazaxıstan,Tacikistan və Türkiyənin tanınmış sənətçiləri  “Dostluq körpüsü” layihəsi çərçivəsində Tovuz rayonunda, ön cəbhədə əsgərlərlə görüşüblər. Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımovanın birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə onlar öz milli musiqlərini ifa ediblər. Kubadan olan müğənni Emila Morales ilk dəfə Azərbayacan əsgəri gördüyünü və bundan da qürur duyduğunu bildirib. Qeyd edək ki, “Dostluq körpüsü”   layihəsi çərçivəsində 5 ölkənin təmsilçiləri Tovuz rayon İcra hakimiyyətində də olublar. İcra başçısı Tofiq Zeynalov rayon haqda qonaqlara geniş məlumat verib. Həmçinin, bir neçə müğənni diplomlarla təltif edilib. Tovuzda Şəhidlər Xiyabanını da ziyarət edən qonaqlara vətən uğrunda canından keçən qəhrəmanlarımız haqqında geniş məlumat verilib. Onu da qeyd edək ki, 5 ölkədən olan müğənnilərin ön cəbhədə əsgərlərlə görüşü TTV-nin efrində yaxın günlərdə tamaşaçılara təqdim olunacaq.

RAHİM İBRAHİMOĞLU

PAY