Ev Cəmiyyət

Tovuzda bıçaqlanma…(video)

PAY
Tovuz Hadisə

Sentyabrın 24 – ü saat 22:30 radələrində Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini 23 yaşlı Ramil Əhmədov naməlum şəraitdə bıçaqlanıb. Dərhal Tovuz Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan 23 yaşlı gənc həkimlərin nəzarətinə götürülüb. Məlum olub ki, adıçəkilən şəxs qarın və baldır nahiyələrindən 8 bıçaq yarası alıb. Zərərçəkmişi qəbul edən növbətçi həkimin sözlərinə görə, ultrasəs və rentgen müayinələri olunduqdan sonra xəstədən qan analizləri alınıb. Zərərçəkənlərin yaxınları hadisə barədə mikrafon önündə açıqlama verməsələr də xoşagəlməz olayın qısqanclıq zəmnində baş verdiyini və hadisəni törədənlərin 2 – 3 nəfər olduğu bildirdilər. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

http://youtu.be/ZmSJ15bR5Rw

TURAL TURAN (turkeltv.az)

PAY