Ev Cəmiyyət

Yada düşər xatirələr… Bəşir Həsənov

PAY

Tovuz Bəşir Həsənov

Mədəniyyət Bəşir adı ilə tanınan , həmyerlimiz, rəhmətlik Bəşir Həsənovun adı gələndə həmişə dodaqlara bir təbəssüm qonur. Onun məhşur kitabı «Tovuz gülməcələri»dir. Bu gün də o kitabı ələ götürəndə Tovuz elinin yumor ,satira sandıqcasına bir ekskurs edirsən. Mütəmadi olaraq biz bu kitaba müraciət edəcəyik ki,həmişə çöhrənizdən təbəssüm  azalmasın. Buyurun ,tanış olun:

Başından boş yer yoxdur.

Bir nəfər məclisə gecikir. Panamasını çıxarıb münasib bir yer axtarır. Dörd yanına boylanır, yer tapmayanda məcbur olub soruşur ki, bir boş yer yoxdurmu,bunu qoyum. Bəşir müəllim məclisin başında əyləşib tamadalıq edirmiş və bu mənzərəni seyr etdiyindən dözməyib deyir:

— Ə, başınban boş yer yoxdur,elə ora qoy!

 

 

PAY