Ev Cəmiyyət

Möcüzəli bitki …(video)

PAY

Tovuz rayon sakini Nəsib Nağıyev həyətində qeyri-adi  bitki yetişdirib. Ev sahibinin dediyinə görə, toxum vasitəsilə artan bu bitkiyə “Armudgülü” deyirlər. Üzərindəki meyvələr armudu xatırladır, əlini atıb dərəndə isə onun bərk yeyilməsi mümkünsüz olduğuna şahid olursan. Armudgülünü əsl armuddan fərqləndirən cəhətlərdən biri də onun sərt qabığa malik olmasıdır. Qoxusu olmayan və yeyilməyən bitkini ixtisasca həkim olan Nəsib Nağıyev artıq 2 ildir becərir. Həmsöhbətimiz onu da vurğuladı ki, bu günə kimi becərdiyi dekorativ bitki haqqında tam məlumatı olmayıb. Amma dost tanışlarının “Armudgülün”-nə maraq göstərərk evdə bəzək əşyası kimi saxladıqlarını bildirdi. Qeyd edək ki, adıçəkilən bu bitki daha çox Azov dənizi sahillərində becərilir.

CEYRAN ƏLƏKBƏROVA (turkeltv.az)

http://youtu.be/pC00xftdvoY

PAY