Ev Foto - video

Tovuzda güclü yanğın baş verib…

PAY
Tovuz Hadisə

Bir tərəfdən yağış yağır, digər tərəfdə isə alov göylərə ucalır. Gecə saatlarında Tovuz rayonunda baş verən yanğın görənləri əməllicə qorxudub. Təxminən 600 kv m ərazini ağuşuna alan alov onun 400 kv m metrini məhv edib. Yanğınsöndürənlər hadisə baş verən əraziyə çatana qədər yanğınınyaşayış evində baş verdiyini zənn etsələr də, təxminlər özünü doğrulmayıb. Onlar güclü alovun Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinin qarajında baş verdiyinin şahidi olublar. Tovuz rayon Yanğından Mühafizə Hissəsinin rəisi Eldar Əhmədovun sözlərinə görə, güclü alovla müşahidə olunan yanğının qarşısını almaq üçün əraziyə idarənin 3 avtomobili,19 nəfər isə canlı qüvvəsi cəlb edilib.

Böyük həyəcana səbəb olan yanğını söndürmək üçün şəhərin digər tərəflərindən də köməyə gələnlər olub. Qeyd edək ki,hadisə baş verən ünvanda xəsarət alan olmayıb.

1 saata yaxın davam edən güclü alov Tovuz rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən tam söndürülüb. Hadisənin başvermə səbəbləri isə aparılacaq araşdırılmalardan sonra məlum olacaq.

 

http://youtu.be/LQNRPUk54ZU

RAHİM İBRAHİMOĞLU

TURAL TURAN

PAY