Ev Cəmiyyət

«Tovuz ziyalıları» kitabı nəşr edildi…

PAY
Tovuz Rüfət Xınnalı

Tovuz Rüfət  Hüseynli

Tovuz rayonunun Alakol kəndində ziyalı ailəsində anadan olmuş, ehtiyatda olan zabit  Rüfət Qulu oğlu Hüseynlinin ( Xınnalı) «Tovuz  Ziyalıları» adlı növbəti kitabı çapdan çıxmışdır. Bu müəllifin yeddinci kitabıdır. Bu kitabın özəlliyi ondan ibarətdir ki, haqqında danışılan hər bir ziyalı bu adı qazanaraq xalqının, millətinin, el-obasının,ən başlıcası Tovuzun  rifahı naminə işi, gücü və əməli ilə layiqli xidmət göstərmişdir. Kitabda 300-dən çox tovuzlu haqqında məlumatlar verilmişdir. Kitab 653 səhifədən ibarət bir ensiklopedik toplumdur, «Uni-Print» nəşriyyatında müəllifin şəxsi vəsaiti hesabına çap edilmişdir. Belə bir kitabı ərsəyə gətirdiyi üçün Rüfət Hüseynliyə təşəkkürlər edir və təbrik edirik.

PAY