Ev İdman

“Turan T” komandasının etirazı…(video)

PAY
Tovuz Turan f,k

Komandanın 20-yə yaxın futbolçusu aylıq məvaciblərinin verilməməsi səbəbi ilə klub bazasına yığılaraq öz etirazlarını bildiriblər. Bizdə öz növbəmizdə “Turan T” idman komandasının bazasına gedərək məsələni araşdırmağa çalışdıq. Elə söhbətimizə başlamaq istəyirdik ki, sözügedən rəhbər Namiq Məstanovda bazaya gələrək oyunçularla birlikdə bizim də ərazini tərk etməyimizi tələb etdi. Bizdə məcbur qalıb stadionun önünə çıxaraq söhbətimizi burda davam etdirməli olduq.

4 aydır ki,maaşlarımız verilmir. Bu gün sabah deyirlər. Bir oyunda oynayın dedilər oynadıq. Artıq yeddi oyundur ki, xahişlə oynayırıq. Son yeddi oyunu azarkeşlərimizə görə oynamışıq. Keçən ildən də maaşlarımız verilməmişdi. Keçən oyun qərara gəldik ki, oynamayaq. İclas oldu. Ramin müəllim bizə zəng vurub oyuna çıxmağımızı xahiş etdi. Biz oynayacaqdıq ancaq rəhbərlik bizi təhqir etdi və biz də son oyundan imtina etdik.

Çempionat başlayandan deyir ki, bir oyun azarkeşlərə görə oynayın, bir oyun məşqçinizə görə, bir oyun prezidentinizə görə və.s

Bütün bunlarla yanaşı futbolçular onu da bildiriblər ki, Namiq Məstanov onlara hədə-qorxu gəlir və başqa komandada oynayacaqlarına imkan verməyəcəyini deyir. Bizimlə söhbətində şikayətçilər əgər o rəhbər olmasa və bizimlə kobud davranmasa idi azarkeşlərin xatirinə oynayardıq dedilər. Onu da qeyd edək ki, bütün bu məslələrlə bağlı Namiq Məstənovun mövqeyini də öyrənməyə çalşsaqda o bizə müsahibə verməkdən imtina etdi.

http://youtu.be/dZYWtM3YUpE

)

PAY