Ev Cəmiyyət

Məmməd İsmayılın doğum günüdür…

PAY
Tovuz Məmməd İsmayıl

Noyabr ayının 1-də Məmməd İsmayılın 74 yaşı tamam olur.Məmməd İsmayıl Azərbaycan cəmiyyətində əyilmədən, sınmadan, halal yaşamağın örnəyini yaratmış ləyaqətli ziyalı simvoludur….Məmməd İsmayıl çağdaş ümumtürk poeziyasının ən uca zirvələrindən biri olan böyük Azərbaycan şairidir…Məmməd İsmayıl özündən sonra gələn neçə-neçə ədəbi nəsilə yol göstərən .az qala urvatlı poetik sözü öz arxasöyla apara bilən azman bir ustaddır…Xoşa halımıza ki.bizim günlərin və nəsillərin bəxtinə Onun kimi əfsanəvi bir şəxsiyyət düşdü… Elə Məmməd İsmayılın ömür yoluna baxıb da çooox rahatca demək olar—Hələ yaşamağa dəyər bir az da…

NƏ YAXŞI Kİ, DÜNYADA VARSAN…Ə M İ …DOĞUM GÜNÜN  M Ü B A R Ə K…

ONU TANIDINMI,  MƏMMƏD İSMAYIL?

Baxırsan insandı insan içində,
Min bir şər böyüdür bir can içində.
Şeytan barmagıdi-bir an içində,
Necə el tərpədir,oba hərləyir.

Bilir qılıq çəkmək,çəm tutmaq nədi,
Sərsəm zurnalara dəm tutmaq nədi.
Şam tutan görmüşəm,-şam tutmaq nədi,
Əlində aşkarca lopa hərləyir.

Kəllələr gəmirir-kəlləsi çatmır,
Nəfsinə Haqqın da şilləsi çatmır.
Özünün başının gülləsi çatmır,
Özgənin başına zopa hərləyir.

Yüz möcüzə göstər,heyrəti yoxdu…
Mərhəmət,mərifət-hey qəti yoxdu!
Qanında tükcə də qeyrəti yoxdu,
Burnunun altında lopa hərləyir.

Yalandı əzəli,sonu yalandı,
Əlli dona girsə,donu yalandı.
Beş kəlmə danışsın,onu yalandı,
Dilinin ucunda «toba» hərləyir?

Ehtiram İlham – şair-publisist,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

PAY