Ev Cəmiyyət

Tovuzda bir gecədə iki mağaza yarıldı…

PAY
Tovuz Hadisə

Son vaxtlar Tovuzda oğurluq hadisələri çoxalıb.İstər mənzillərdən,istərsə də digər yerlərdən. Bu nə ilə bağlıdır,polisin zəif işi ,yoxsadigər amillər… Ötən gün gecə saatlarında Tovuz rayonunda oğurluq hadisəsi baş verib. Oğurluğa düşən şəxslərin hədəfində iki mağaza olub. Hadisə rayonun  Bozaqanlı kəndində qeydə alınıb. Dırnaqarası qəhrəmanlar  kənd sakini Nofəl Quliyevə məxsus mağazadan oğurluq ediblər. Ev sahiblərinin sözlərinə  görə onlar mağazadan xeyli sayda ərzaq, spirtli içki, ət məhslulları, tütün məmulatları  və bahalı geyim aparıblar. Bununla kifayətlənməyən cinayətkarlar kassadan 300 manat pul da götürüblər. Mağaza sahibləri  onu da bildirdi ki, hadisəni törədənlər  mağazaya qapını sındıraraq daxil olublar. Bununla kifayətlənməyən oğrular yaxınlıqdakı mağazanı da yarıblar. Mağaza sahibi Azər Hüseynovun  dediyinə görə oğrular buradan bağlamalarla tütün məhslulları, spirtli içkilər, yuyucu tozları və kassadan 160 manat məbləğində pul aparıblar. Azər Hüseynov iddia edir ki, hadisəni törədənlər qrup halında  olub. Hadisə ilə bağlı Tovuz rayon Polis şöbəsindən bildirdilər ki, hazırda istintaq tədbirləri başlanılıb. Araşdırma aparılır.

CÜMŞÜD MƏMMƏDOV(turkeltv.az)

PS: Son vaxtlar Tovuzda oğurluq hadisələri çoxalıb.İstər mənzillərdən,istərsə də digər yerlərdən. Bu nə ilə bağlıdır,polisin zəif işi ,yoxsa digər amillər. Maraqlısı da odur ki, həddən artıq açılmamış bu səpkili cinayət işləri var. Bu açılmamış cinayətlər haqqında gələn saylarımızda mütəmadi  məlumat verəcəyik... (www.tovuzlular.com)

PAY