Ev Cəmiyyət

FİFA Tovuz şəhər stadionuna 2 ulduz verib…

PAY
Tovuz stadionu

FİFA AFFA-nın Tovuz şəhər stadionunun süni örtüyünə yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə müraciətini cavablandırıb. Turkeltv.azın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, FIFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2014-cü il noyabrın 5-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.Bu, ölkəmizdə paytaxtdan kənarda yerləşən stadionun süni ot örtüyünə verilmiş ilk yüksək sertifikatdır.Tovuz şəhər stadionunun süni ot örtüyü Topaz Premyer Liqasında çıxış edən klublarda uşaq futbolu üçün UEFA-nın ayırdığı vəsait və AFFA-nın maliyyəsi hesabına quraşdırılıb.

PAY