Ev Cəmiyyət

Tovuz sakini Azərbaycanın 3 rəngli bayrağını tikməklə yaddaşlarda qalıb…

PAY
Tovuz Bayraq

Tovuz rayonun Ermənistanla həmsərhəd olan Ağdam kəndində yaşıyan Laçın Bağırova Azərbaycanın 3 rəngli bayrağını tikməklə yaddaşlarda qalıb. Müharibə dövründə döyüşən mərd azərbaycan oğullarına tikiş maşını ilə hazırladığı bayrağı təqdim edən kənd sakini bununla da onlara yüksək döyüş ruhu verib. 14 metr hündürlüyü olan Azərbaycan bayrağı bir neçə il düşmənlə sərhəd olan Ağdam kəndində dalğalanıb.

22 il əvvəl öz əlləri ilə tikib hazırladığı bayrağı bu gündə yenidən hazırlamaq əzmində olduğunu deyən 78 yaşlı Laçın Bağırova bununla qürur duyduğunu söyləyir.

Həmkəndlilərinin tikdiyi bayrağı yüksəklərə ucaldan kənd sakinləri,həmin dövrün döyüşçüləri olan, o zamankı gənclər geridə qallan illəri belə xatırlayırlar. Onlar rus döyüşçülərinin 3 rəngli Azərbaycan bayrağını qaldırmağa mane olduqlarını, amma buna baxmayaraq verilən tapşırığın öhdəsindən gələrək dövlət bayrağını ucaltdıqlarını söylədilər.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkə vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alınaraq ölkə başçısının sərancamına uyğun olaraq hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.(Kəpəz tv)

PAY