Ev Cəmiyyət

Aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd edildi

PAY
Tovuz Aşıq Əkbər

Tovuz  rayonunda saz-söz sənətinin əsl ustadı olan Aşıq Əkbər Cəfərovun 80 illik yubileyi  keçirilib. Yubley tədbiri ustad aşığın özünün adını daşıyan rayon mədəniyyət evində qeyd edilib. Anım tədbirində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Azərbaycan akademik milli dram teatrının tanınmış akyorları, Əkbər Cəfərovun ailə üzvləri,  ustad  aşıqlar, Əkbər məktəbinin yetirmələri, rayon ictimaiyyəti və sakinləri  iştirak edib. Yubiley gecəsini professor Qəzənfər Paşayev idarə edib. Anım mərasimində Əkbər Cəfərovun malik olduğu fitri istedada, onun  saz sənətinin incəliklərini  ustadı olmadan bilməsinə və 72 saz havasının hamısını əzbər  bildiyindən söz açılıb. Daha sonra ustad aşığın çəkildiyi “Ögey Ana və Böyük Dayaq “ filmindən fraqmentlər təqdim olunub. Bildirilib ki, Əkbər Sovet dönəmində yeganə aşıq olub ki, onun sənəti Moskvada qeydiyyata alınıb. Bu gün də fəxarət hissi keçiririk ki, Əkbər məktəbinin yetirmələri Cənubi Azərbaycanda, Rusiyada eləcə də Azərbaycanımızın müxtəlif bölgələrində onun  saz  havalarında yaratdığı özəl boğazları saz sevərlərə çatdırırlar.

PAY