Ev Cəmiyyət

Bakı-Qazax sərnişin qatarı reysi ləğv ediləcək…(video)

PAY
Tovuz Qatar

Azərbaycanda sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması, təsərrüfata çəkilən xərclərin azaldılması, sərnişinlərin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sərnişin qatarlarında dəyişikliklər aparılacaq. Biz də TTV olaraq bu yeniliyinin həyata keçməsi istiqamətində aparılan işlərlin hansı səviyədə olduğunu Tovuzda araşdırdıq. «Tovuz  Dəmir Yol Stansiyasının» rəisi Əhməd Əhmədov, 1 dekabr 2013-cü ildən 662-661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv edilərək 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılacaq və «98-97 №-li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı» adlandırılacaq. Qatar 19 vaqondan ibarət olacaq və sərnişin axını olarsa, qatara əlavə vaqonlar qoşulacaq. 662-661 №-li Bakı-Qazax sərnişin qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Qazaxdan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcək.  Əhməd Əhmədov onu da bildirdi ki, 38-37 №-li Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı istiqamətində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcək.Onun sözlərinə görə Bak-Tbilisi Bakı qatarına müasir standartlara cavab verən yeni vaqonlar da qoşulub. Qeyd edək ki, dekabrın birində 98-97 №-li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı Bakı sərnişin stansiyasından saat 22:05-də yola düşəcək və Qazaxa saat 09:40-da çatacaq. Qazaxdan isə 19:05-də yola düşəcək və Bakı-sərnişin stansiyasına saat 07:25-də çatacaq.

http://youtu.be/XI_Hs-EfaK0

CÜMŞÜD MƏMMƏDOV(turkeltv.az)

PAY