Ev Cəmiyyət

Tovuzda işlə bağlı müraciət edənlərin sayında azalma müşahidə edilir…

PAY
TOVUZ MESQULLUQ

Ötən ilə nisbətən bu il Tovuz rayon Məşğulluq İdarəsinə işlə bağlı müraciət edənlərin sayında azalma müşahidə edilir. Əgər 2012–ci ildə 1316 nəfər Məşğulluq İdarəsində qeydiyatdan keçmişdisə bu il bu rəqəm 1169 nəfər təşkil edib. Tovuz rayon Məşğulluq İdarəsinin direktoru Bəhram Pənahovun sözlərinə görə 2013–cü ilin I yarım illiyində iş axtaran və vətəndaşların sosial müdafiəsini daha yaxşı təmin etmək məqsədi ilə peşə kursları da yaradılıb. Kurslara cəlb edilən vətəndaşlardan bir çoxu işlə təmin edilib. Ümumilikdə il ərzində Tovuz rayonu üzrə işə qəbul olunanların sayı 411 nəfər olub. Məşğulluq İdarəsinin direktoru həmçinin onu da bildirdi ki, peşəsi və ixtisası üzrə işlə təmin edə bilmədikləri şəxslərə qanuni işsizlik statusu verilib.  Hazırda status verilən şəxslər dövlət tərəfindən müavinət alır. Sonda onu qeyd edək ki, Tovuz rayon Məşğulluq İdarəsi 2011 -2015-ci illəri əhatə edən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə dövlət proqramı” nın icrasını uğurla həyata keçirir. Gənclərin müasir peşələrə yiyələnməsi, onların işlə təmin olunması, sahibkarlıq fəaliyyətinin təşkili ilə bağlı mühüm addımlar atılır.

VÜSAL NAZİM (turkeltv.az)

PAY