Ev Cəmiyyət

Arzu Nağıyev: Azərbaycan hakimiyyəti ölkədə sabitliyin qarantıdır.

PAY
Tovuz Arzu Nağıyev

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Trend-in eksperti Arzu Nağıyev öz «Twitter» səhifəsində (https://twitter.com/ArzuNagiyev/status/421546109308522497) Milli Şuranın sədri Cəmil Həsənlinin 2013-cü ilin son günü nəvələri ilə mühafizəsiz gəzintisinə münasibət bildirib.

A.Nağıyev qeyd edib ki, C.Həsənli nəvələri ilə gəzinti zamanı görüntüləndi: «Bir sıra media mənsubları həm Cəmil müəllimlə, həm də onun nəvələri ilə müsahib oldular. Ən maraqlısı odur ki, bu gün ana müxalifət kimi təqdim edilən Milli Şuranın sədri ailəsinin ən istəkli nümayəndələri ilə mühafizəçisiz gəzirdi. Ola bilsin ki, bunu bəziləri onun heç nədən qorxmadığı kimi dəyərləndirsin. Məlumdur ki, Cəmil Həsənli keçən ilin son ayından artıq mühafizəçilərsiz gəzir. Elə o vaxt da soruşanda ki, «bunun həyatınıza təhlükəsi yoxdurmu?», Milli Şura sədri «canı verən də, alan da Allahdır» deyib».

A.Nağyev bildirib ki, tarixdə baş verən terror aktları və hücumlar tək yaradanın ümidinə buraxılmır, burada ölkədəki stabillik, təhlükəsizlik təminatı da ən ümdə faktorlardan biridir: «Bu gün istər ölkəmiz üçün, istərsə də onun vətəndaşları üçün bir sıra xarici qüvvələr və onların daxildəki əlaltıları tərəfindən təhdidlər mövcuddur və bundan daxili stabilliyin pozulması üçün istifadə edilə bilər».

Trend-in eksperti bildirib ki, məlumdur ki, ən demokratik sayılan ölkələrdə belə ana müxalifət adlanan qurumların rəhbərləri cangüdənsiz və hətta komandasız hərəkət etmirlər: «Cəmil Həsənlinin ailəsi ilə cangüdənsiz gəzməsi dövlətin və dövlət başçısının ölkədə sabitliyin qarantı olmasının və üzərinə düşən vəzifənin yüksək səviyyədə yerinə yetirməsinin bariz nümunəsidir».

PAY