Ev Cəmiyyət

Erməni ordusu Tovuzu atəşə tutub…

PAY
Tovuz Müharibə

Ermənistan silahlı birləşmələri bayramdan sonra Azərbaycanın qərb sərhədlərində, xüsusilə də Tovuz rayonunda atəşkəsi fəal şəkildə pozmaqda davam edir.   ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, ermənilər xüsusilə bu gün fəallaşıblar və rayonun Əlibəyli, Ağdam, Koxa Nəbili və Hacallı kəndlərini atəşə tuturlar. Ən çətin vəziyyət Hacallı və Əlibəyli kəndlərindədir. Kənd sakinlərinin dediyinə görə, ermənilər əhaliyə hədə-qorxu gəlmək üçün işıqsaçan güllələrdən istifadə edirlər.

PAY