Ev Cəmiyyət

20 yanvar faciəsi Tovuzda anıldı…(video)

PAY
Tovuz 20 YANVAR

20 Yanvar faciəsi-1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı məhz  bu adla düşdü tariximizə. Onlar öz qanları ilə şanlı vətənin şanlı tarixinə elə bir səhifə yazdılar ki, bu hadisədən 24 il keçsə də hər kəs onların qəhramanlığını yada salır və vətən üçün canından keçən şəhid ölməzdi ifadəsinin həqiqət olduğunu bir daha sübut edirlər. Artıq yanvar ayının ilk günlərindən başlıyaraq bütün ölkədə, eləcə də Tovuzda 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Mədəniyyət Evində təşkil olunan bu anım mərasimi də şəhidlərimizin xatirəsinə həsr olunub. 24 il bundan öncə  ağlamağa başlayan qərənfilin solğunluğu, anaların fəryadı  ruhumuzu kövrəltsə də, müqəddəs amal üçün hər birimizin içimizdə şəhid olmaq arzusu var. Çıxışlarda bunu görmək elə də çətin olmadı. Azadlığımızı bizə çox görənlər anlamadılar ki, bizim ən yaxşı bacarığımız şərəfli yaşamaqdır. Anlamadılar ki, Millət, Dövlət , Vətən uğrunda şəhid olmaq bizim arzumuzdur. Lakin bizə vətən övladlarından miras qalan bu himni sələndirib, bu  bayrağı sinəmizdə nişan, o ulduzu qəlbimizə möhür etdikcə  şəhidlərimiz unudulmayacaq, dostumuzda düşmənimizdə bu millətin yalnız azad xalq kimi yaşadığını anlayacaq.

http://youtu.be/kczX9V9MLxA

Nicat Abdullayev (turkeltv.az)

 

PAY