Ev Cəmiyyət

”Mübarizə üçün güclü siyasi iradə də vardır”…

PAY
Arzu Nağıyev

 Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqi zamanı korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacağını vurğuladı.

 Prezident qeyd etdi ki,keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır.İlham Əliyevin qeyd etdiyi kimi bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır.

 Azərbaycan Prezidentinin çıxışındakı məqamlara nəzər salanda əsrlər boyu korrupsiya və rüşvətxorluğa qarşı ən effektli mübarizənin həqiqətən də siyasi iradə ilə bağlı olduğu görünür. Yəni kimə isə hər hansı sahə etibar olunursa bu o deməkdir ki, vətəndaş və onun rifahı, eyni zamanda dövlət büdcəsindən bu məqsədlər üçün ayrılmış maddi vəsait düşməncəsinə  dağıdılaraq mənimsənməli deyil, məhz bu məqsəd üçün istifadə edilməlidir.

 Dünya praktikasında bu istiqamətdə aparılan mübarizə təcrübələrindəın biri həmişə  misal kimi çəkilr. Belə ki,sabiq ABŞ prezidenti  Ruzvelt  Böyük Depressiya zamanı  insanlara iş yeri açmaq və iş vermək məqsədilə  yolların tikintisinə çox böyük önəm verirdi. Lakin  belə bir xoşməramlı  işin həvalə edildiyi şəxslər bu imkandan özlərinin varlanması üçün istifadə etməyə başladılar.Ruzvelt  bunu biləndə yol tikintisi ilə məşğul olan şirkətlərin birində çox ciddi audit yoxlaması apartdırdı və nəticəni müzakirə etmək üçün  həmin şirkətin rəhbərini Ağ evə dəvət etdi və ona cəmi bir neçə kəlmə söz dedi. Bu sözlərdən sonra bu büdcə oğrusu oğurluqda ittiham edilərək həbs edildi. Həmin hadisədən çox uzun bir zaman keçməsinə baxmayaraq indi də amerikalılar kiminsə öz vəzifəsindən istifadə edərək dövlət əmlakı və ya vəsaiti hesabına varlanmaq istədiyinə eyham vurmaq istəyəndə Ruzveltin həmin məmura dediyi sözü təkrarlayırlar: “The hiqway is a bit expensive”.

 Azərbaycan Prezidenti İlham Əliyevin isə yekun sözü belə oldu: ”Biz bilirik yaralı yerlərimiz haradadır.Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır.Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaqdır».

PAY