Ev Tovuz xəbərləri

Ordumuzun Tovuz hücumu: ermənilər 3 kəndi boşaltdı…

PAY
Tovuz Müharibə

«Ermənistanın Berd rayonunun (erməni saytları bu rayonu «Tavuş əyaləti» kimi təqdim edir) üç kəndinin sakinləri öz evlərindən evakuasiya olunublar”.  Etatist.com axar.az-a istinadən məlumat verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb.  Dünən ermənilərin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində hücumuna Azərbaycan ordusu kəskin cavab verib. Belə ki, Milli Ordunun cavab atəşi Ermənistanın üç kəndinin boşaldılması, əhalinin evlərindən çıxarılması ilə nəticələnib. Evlərindən sığınacaqlara göndərilən kəndlər isə Berd rayonunun Ayqepar, Çinan və Nerkin Karmiraxpyur olub. Mətbuat artıq həmin kəndlərin sakinlərinin səhər 06:00-a yaxın öz normal həyatlarına döndüklərini yazıb.  Qeyd edək ki, dünən ermənilər Tovuzun Əlibəyli kəndi istiqamətində hücuma keçmişdilər. Lakin ordumuzun cavab atəşi onları geri çəkilməyə məcbur etmişdi. Əlibəyli sakinləri hələ indiyə qədər belə gülləbaran olmadığını məlumat vermişdilər.

PAY