Ev Cəmiyyət

Tovuzda məktəb acınacaqlı gündədir…(video)

PAY
Tovuz Aşağı Quşçu

(Videonu izləyin) http://www.youtube.com/watch?v=CIQ2eb0dpmQ

1970-ci illərdə istifadəyə verilmiş Tovuz rayonu İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbi yarandığı gündən əsaslı təmir edilməyib. Məktəbdəki şəraitsizlik tədrisin keyfiyyətində problemlər yaradıb.PressForum.az bildirir ki, acınacaqlı və bərbad vəziyyətdə olan Aşağı Quşçu kənd tam orta məktəbinin şagirdləri “Vətənpərvərlik nədir” sualına cavab verə bilməyib. Bəzi şagirdlər isə Azərbaycanın hüzn günü olan 1990-cı il 20 yanvar faciəsinin 1991-ci ildə olduğunu deyiblər.Məktəbin direktoru Əli Abdıyev məktəb  binasının acınacaqlı vəsiyyətindən gileylənərək bildirib ki, məktəbin iri sinif otaqlarının sınıq pəncərələri istiliyin qorunmasına maneə yaradır və bu da təhsilin keyfiyyətini aşağı salır. Məktəb rəhbəri artıq məktəbə ayrılmış neft yanacağının da tükəndiyini, valideynlərin yardımı ilə məktəbə odun yanacağının alındığını deyib.1976-cı ildən istifadəyə verilən Tovuz rayonun İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbinin binasında bu günədək heç bir əsaslı təmir işləri aparılmayıb. Hazırda  672 nəfər şagirdin təhsil aldığı  məktəb binası yararsız vəziyyətdədir.

(www.PressForum.az)

 

PAY