Ev Cəmiyyət

«Trend» də peşəkarlar işləyirlər…

PAY
Tovuz Morningstar

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar fevralın 20-də Trend İnformasiya Agentliyinin ofisində olub.Diplomat ofisə baş çəkərkən Trend-in jurnalistinə müsahibə verib. O, müsahibəsində ABŞ-Azərbaycan əməkdaşlığının perspektivləri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rolu, ölkəmizin sülhməramlı missiyalarda iştirakı, İranın regional enerji layihələrində iştirak imkanlarından danışıb, həmçinin digər məsələlərə toxunub.Səfir sonra Trend-in İngilis xəbərlər xidmətinin və digər xidmətlərin ingilisdilli əməkdaşları ilə görüşüb. R.Morninqstar agentliyin regionun informasiya məkanında qabaqcıl oyunçu kimi işini və Trend-in jurnalistlərinin peşəkarlığını yüksək qiymətləndirib.R.Morninqstar qeyd edib: «Trend kollektivi böyük iş görür, burada peşəkarlar işləyirlər».

 

PAY