Ev Cəmiyyət

Koxanəbi kəndinin problemləri…

PAY
Tovuz Koxanəbi kəndi

Tovuzun Ermənistanla ən yaxın  sərhəd kəndi olan Koxanəbi  sakinləri illərdir gündəlik erməni problemi ilə yaşayırlar. Nişangahda olan kənd, bu vəziyyətə alışıqdır. Amma bu günkü söhbətimiz atəşkəs haqda olmayacaq, kənd başqa qayğılardan da xali deyil. Kənddə içməli su problemi ən qabarıqdır. Burda cəmi bir bulaq var. İçməli su üçün saatlarla növbə düzülür. Sısqa su axan su borusu bütöv bir kəndə baxır. Sakinlər bu problemin həlli üçün müəyyən vəsaitə ehtiyac olduğunu deyirlər.

su

İkinci, ən çətin sual isə bankomat məsələsidir. Kəndin yaşlı sakinləri təqaüdlərini almaq üçün ən azı iki manatlarından keçib kilometrlərlə yolu qət edərək rayon mərkəzinə gəlməlidirlər. Burda da bəxtləri gətirsə, növbəyə düşməsələr. Bəzən bu növbələr axşam saatlarına qədər uzanır. Geri dönərkən isə ya maşın olmur, ya da gec saatlarda maşının yanan fanarları qayıdanları düşmənə ələ verir. Adamlar atəşə məruz qalırlar. Problem baxımdından heç bəxti gətirməyən Koxanəbi sakinləri rabitə problemi də yaşayırlar. Düşmənlə hər gün üz-üzə dayanan koxanəbililər isə nikbindirlər. Deyirlər ki, ilbəil inkişaf edən dövlətimiz tezliklə bizim də problemlərimizə əncam çəkəcək.

Cümşüd Bayramlı(türkeltv.az)

PAY