Ev Cəmiyyət

Türkiyə Çanaqqala zəfərinin 99 – cu il dönümünü qeyd edir – foto

PAY
Tovuz Çanaqqala

Birinci Dünya Müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə İttifaq Dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında edilən dəniz və quru müharibələridir. İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir əkinçilik və əsgəri ticarət yolu açmaq, Alman müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də çox ağır itkinlər verməsiylə İttifaq Dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşib, hər vətəndaşın xatirəsində qalmışdır. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş olan bu döyüş Türk Qurtuluş Döyüşünə də təsir etmişdir. Türkiyə cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, 18 mart, Çanaqqala Şəhidlərini Xatırlama Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Eric Bolge tərəfindən yazılan döyüş əleyhdarı mahnısı “And The Bant Played Waltzing Matilda” bu döyüşlə əlaqədardır.

Seddülbahir Cəbhəsindəki ingilis və fransız birliklərinin ilk hədəfi Çirkdə Kəndi və şimalındakı Alçıtəpə olmuşdur. Üç dəfə hücum edilməsinə baxmayaraq müvəffəqiyyətsizliyə uğrayan cəbhə komandirləri, ingilis komandir H. Weston və fransız komandir Gouraund, bütün cəbhə xəttində deyil də, daha məhdud bir xəttdən hücumları lazımlı görmüşlər.Planın ilk əməliyyatı, cəbhənin ən sağ (şərq) bölgəsi olan Kerevizdərədə tətbiq edildi. 18 iyunda başlayan top atışı üç gün davam etdirilmişdir. 21 iyunda fransızlar, təpəni ələ keçərməyi bacarmışdır. Bir sonra Zığındərə hücum başladı. 30 iyun 1915-ci ilin səhərinədək bir neçə dəfə əldən-ələ keçən Zığındərə, sonda ingilislərdə qalmışdır. Polkovnik Həsən Bəsrinin diviziyasının Zığın kürəyinə və Polkovnik Nicolainin tabeçiliyində olan diviziyanın Zığındərənin şərq yamaclarına təkrar hücumları isə nəticəsiz oldu. Hər iki qanaddan edilən hücumların ardından bu dəfə cəbhənin mərkəz hissəsindən hücuma keçilmişdir. Üç saat davam edən və 60.000 min top gülləsinin istifadə edildiyi hazırlıq atəşi ardından 12 iyul 1915-ci ilin səhəri başlayan hücum iki gün davam etmişdir. Hazırlıq atəşindən sonra hücuma başlayan ingilislər, heç bir döyüşçünün sağ qalmadığı ilk xətt sipərlərini alsalar da, ikinci xətt sipərlərində ağır itkiyə uğrayaraq geri çəkilmişdilər. Günortadan sonra ehtiyatdakı ingilis briqadasının girişdiyi hücumda ingilislər, üçüncü xətt sipərlərinə girsə də Osmanlıların hücumlarıyla yenidən köhnə mövqesinə çəkilmişdirlər. Növbəti hücum, 6 avqustda Çirkdə kəndi istiqamətində başlamışdır. İngilislər, ilk xətt sipərlərinə daxil olmuş, ancaq qarşı hücumla geri atılmışlar. Hücumun ikinci günü ingilis hücumları, Çirkdə Kəndinin cənub qərbindəki bir bağ sahəsinin bir hissəsini tuta bilmişdilər. İngilis hücumunun müvəffəqiyyətsiz olması səbəbindən General Sirr Ian Hamilton, Seddülbahir Cəbhəsində heç bir döyüşün keçirilməməsi əmrini vermişdir.

Arıburnu Cəbhəsində 25 aprel 1915-ci ilin səhəri hücuma keçən Anzak Kolordusu qüvvələri isə, Polkovnik Mustafa Kamalın 10 avqust səhəri başlatdığı hücum ilə geri çəkilmək məcburiyyətində qalmışdılar. Gelibolu yarımadasında bir nəticə əldə edə bilmək üçün ingilis generalı Sir Ian Hamilton, şimalda üçüncü bir cəbhə (Anafartalar cəbhəsi) açmaq qərarına gəlmişdi. 6 Avqust 1915-ci il tarixində Suvla Qoyuna qoşun çıxarıldı. 5-6 avqust gecəsi başlayan hücum gün boyu davam etmişdir. Osmanlılar mövqelərini qorumağı bacarmışdır. Misirdə olan 5.000 minlik bir diviziya da cəbhəyə gətirildi. İçəridən və çöldən möhkəmləndirilən Anafartalar Cəbhəsindəki qüvvələrlə birlikdə ümumi bir hücum planlaşdırıldı. İkinci ümumi hücumuyla eyni gündə, 21 avqustda Anzak birliklərinin Bomba Təpə hücumu nəticəsiz və Çanaqqala Döyüşünün son müharibəsi olmuşdur. Bomba Təpədəki qarşıdurmalar isə 29 avqust tarixinə qədər davam etsə də təpə, Osmanlıların əlində qalmışdır.

Osmanlı qüvvələrinin müqaviməti qarşısında cəbhələr bağlanmışdır. Bolqarıstan 14 oktyabr 1915-ci il tarixində İttifaq Dövlətlərinə qatılmışdır. Almaniya ilə Osmanlı arasında Balkanlar üzərindən dəmiryolu xətti isə 29 oktyabrdan işləməyə başlamışdır. Bu tarixdən üç gün sonra General Ian Hamilton vəzifədən alınaraq yerinə General Charles Monro təyin edilmişdir. 16 noyabrda Müttəfiqlərin Selanik Cəbhəsi də General Monroya bağlanmışdır. General Birdvood, General Monroya bağlı olmaq üzrə Çanaqqala Müttəfiq Qüvvələri Komandirliyinə təyin edildi. 7 dekabr 1915-ci il tarixində Arıburnu və Anafartalar Cəbhələrindəki Müttəfiq qüvvətlər çıxarılaraq Selanik Cəbhəsinə aparılmışdır, Seddülbahir Cəbhəsindəki qüvvələr isə yerlərində qalmışlar. Bu cəbhədəki qüvvələrin azad edilməsinə isə 27 dekabr 1915-ci il tarixində qərar verilmişdir. Azad etmə əməliyyatları 9 yanvar 1916-cı ildə tamamlanmışdır. Beləcə Gelibolu Müharibələri Osmanlı qüvvələrinin zəfəriylə nəticələnmişdir.

Mustafa Kamal bu döyüşdə Conkbayırı Anafartalar və Arıburnunda hərdi vəzifələr yerinə yetirmişdir. Döyüşlərin ilk günü Conkbayırındakı müdaxiləsi və döyüşün son mərhələlərində üzərinə götürdüyü vəzifələr, Mustafa Kamalın əsgəri qabiliyyətlərini ortaya çıxarmış, “Anafartalar Qəhrəmanı” olaraq tanınmasını təmin etmişdir. Bu vəziyyət daha sonraları Mustafa Kamalın milli liderliyini ortaya çıxarmışdır.

Bütün Çanaqqala şəhidlərinə Allahdan rəhmət diləyirik….http://qubalılar.biz/

PAY