Ev Cəmiyyət

Əlibəyli kəndində atəşkəs pozulub… (video)

PAY
Tovuz Əlibəyli

http://youtu.be/nAeAYgTpBpU

Tovuzun Əlibəyli kənd sakinlərinin məlumatına görə gecə saat 23 radələrində milli ordumuzun mövqeləri ilə düşmən postlarını ayıran neytral ərazidə iki ədəd mina partlayıb. Bundan sonra Ermənistan silahlı qüvvələri tərəfindən  atəşkəs pozulub. Gecə saat 1 radələrində atışma daha da güclənib. Evinin dam hissəsinə dəyən güllələrdən və yanğın baş verə biləcəyindən  təlaşa düşən kənd sakini Elman Tağıyev  ehtiyatlanaraq bayıra çıxıb. Elə bu zaman düşmən gülləsinə tuş gəlib. Güllə Elman Tağıyevin sağ ayağının bud nahiyyəsindən dəyərək onu ağır yaralayıb. Davamlı atışma zamanı evlərlə yanaşı kənd sakinlərinə məxsus avtomobillərə də ziyan dəyib. İntensiv atışma zamanı qarşı tərəf ordumuzun  cavab atəşi ilə səhər saatlarında susdurulub. Artıq 24 ildir ki,silah səslərinə  vərdiş etmiş və bu kimi oxşar vəziyyətlə  qarşılaşan Əlibəylilər  üçün isə həyat öz axarı ilə davam edir …

Cümşüd Bayramlı (turkeltv.az)

Ərhun (tovuzlular.com)

PAY