Ev Cəmiyyət

Tovuzun Əlibəyli kəndində güclü atışma gedir ….

PAY
Tovuz Müharibə
Kənd sakinlərinin   verdiyi məlumata görə bu gün saat 15-16 radələrində ara-sıra atışma səsləri eşidilsə də, sonradan ermənilər kəndi iri çaplı silahlardan atəşə tutublar.İlkin məlumata görə 3 nəfər yaralanıb, hazırda yəni,saat 22-50-yə olan məlumata görə çox güclü atışma gedir. Kənd əhalisi arasında təşviş və güclü panika yoxdur,evlərin damları və həyətlər güllə baran edildiyi üçün camaat əsasən zirzəmilərdə yerləşiblər. Rayon mərkəzində işləyən kənd sakinləri təcili kəndə qayıdırlar.Ehtimal var ki, erməni silahlı qüvvələri sabah keçiriləcək monitorinq öncəsi təxribat yaradırlar.
Aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində ATƏT-inmonitorinq keçirməsi planlaşdırılır.Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

PAY