Ev Cəmiyyət

Kirən –Sofular yolunun təmirə ehtiyacı…

PAY
Tovuz Yollar

Daimi oxucumuz Fariz Cəfərlinin verdiyi məlumata görə Tovuz rayonunun Kirən kəndindən Sofular kəndinə gedən yol son zamanlar bərbad vəziyyətə düşüb. Bu yolu uzaq başı otuz dəqiqəyə qət etmək mümkün olduğu halda  ən azı iki saata gedirlər. Bununla belə aidiyyatı orqanların bununla maraqlanmaması kənd sakinlərini narahat edir. Sakinlər bu işdə onlara yardımçı olmaq üçün və səslərinin müvafiq orqanlara çatdırılması üçün bizdən xahiş edirlər. Biz də öz növbəmizdə oxucumuza təşəkkür edir və onların xahişini çatdırırıq…

PAY