Ev Cəmiyyət

Səmayə Məmmədova- unudulmaz ana,mehriban insan, şəfalı həkim…

PAY
Tovuz Səmayə Məmmədova

Tovuzun tanınmış  ziyalı qadınlarından , şəfalı  həkimlərindən  olan  ,2002- ci ildə dünyasını dəyişmiş  Səmayə  İsa qızı Məmmədovanın ( Nağıyeva) bu gün doğum günüdür… Onun 76 yaşı tamam olur. 30 ildən çox insanların,əsasən də körpələrin  sağlamlığının keşiyində dayanmış Səmayə həkimi bu gün hamı xoş xatirələrlə yad edir.Onun əziyyəti, zəhməti hesabına şəfa tapmış körpələr artıq özləri nənə, babadırlar. Əziz xatirəsi uca tutulan Səmayə həkimə Allahdan rəhmət, yaxınlarına  səbr diləyirik…

Səmayə İsa qızı Məmmədova — 28 aprel  1938-ci ildə Zəngilan rayonunun Pirçivan kəndində anadan olub. Atası İsa , anası Balaxanım mahalda  sayılıb seçilən ziyalı və zadəgan nəsillərin nümayəndələridirlər. Orta təhsilini fərqlənmə ilə Zəngilanda alan Səmayə xanım, 1955- ci ildə  N.Nərimanov adma Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1962-cı ildə institutun müalicə-profılaktika fakültəsinin pediatriya şöbəsini  fərqlənmə diplomu  ilə bitirmişdir. Həyat yoldaşı  Nəsib Nağıyevlə institutda tanış olmuş  və  Nəsib həkim ilk tibbi peşə fəaliyyətinə 1960-cı ildə təyinatla göndərildiyi Şəki rayonunun Baş Layski kənd xəstəxanasının baş həkimi vəzifəsində işləməklə başladığı üçün təyinatla 1962-ci ildə oraya getmişdir.  1962-1965-ci illərdə həmin kənddə uşaq həkimi işlədikdən sonra, 1965-ci ildə gənc ailə Tovuza dönmüşdür. Səmayə həkim 1965-1967-ci illərdə Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən uşaq -internat məktəbində   həkim- pediatr vəzifəsində işləmişdir. 1967-ci ildən 2002-ci ilədək Tovuz rayon Mərkəzi Xəstəxanasının  pediatriya şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. Tovuzda körpələrin  müalicə olunması, şəfa tapması  yolunda Səmayə həkimin əvəzsiz xidmətləri danılmazdır.Ona görə də Az.SSR Ali Soveti Rəyasət Heyətinin fəxri  fərmanı  ilə; “Əməkdə  igidliyə görə” medalla, 1-ci  dərəcəli həkim-pediatr,  5 övlad böyütdüyü üçün “Qəhrəman ana” medalı ilə təltif edilmişdir.  Səmayə həkim  1971-1979 –cu  illərdə Tovuz Rayon mərkəzi xəstəxanasının partiya komitəsisnin sədri kimi ictimai vəzifədə də  çalışmışdır. Hazırda onun sənətini  qızı Aybəniz həkim davam etdirir. Səmayə həkim dünyasını dəyişsə də daima onun əziz xatirəsini uca tutan  həyat yoldaşı,  5 övladı,  10 nəvəsi,  1 nəticəsi  var…

Biz də bir daha  elə-obaya yarıyan,onun xeyrinin –şərinin daima iştirakçısı olan, xatirələrdə əziz və mehriban insan kimi qalan Səmayə həkimə Allah rəhmət eləsin deyirik ,  şərəflə yaşadığı ömrünün qısa olmasından heyfslənirik. Allah rəhmət eləsin, əziz və sevimli anamız və həkimimiz…

Ərhun

PAY