Ev Cəmiyyət

Tovuza yağan güclü yağış nəticəsində sel və daşqınların vurduğu zərərin ilkin nəticələri açıqlanıb…

PAY
Tovuz Təbii fəlakət

Tovuzun kəndlərində güclü sel və daşqınların aradan qaldırılması üçün yaradılmış fövqəladə hallar komissiyasının sədri, icra başçısının birinci müavini Mahir Həsənov AzNews.az-a bildirib ki, sel və daşqınlar ümumilikdə rayonun 61 kəndinə ciddi ziyan vurub.
Yerlərdən daxil olan ilkin məlumata görə, sel suları 200-dən artıq tikiliyə zərər yetirib: “Sel suları yaşayış sahələrinə, sahibkar obyektlərinə, məktəblərə müəyyən qədər ziyan vurub. Bundan başqa kəndli təsərrüfatlarına, bağ-bostan bitkiləri, bəzi yollar sel suları altında qalıb”. Mahir Həsənov vurğulayıb ki, kəndlərin əksər hissəsinə elektrik enerjisi təminatı dayandırılsa da, bu bərpa olunmağa başlanıb. Xatırladaq ki, dünən axşam saatlarından Tovuz rayonunda yağan güclü yağış daha çox dağ kəndlərində fəsadlar yaradıb. Belə ki, təbii fəlakət Tovuzun əsasən dağlıq ərazi-Bayramlı, Böyük Şamlıq, Çataq, Kirən, İsəkənd, Qarabağlılar və digər ümumilikdə 61 kəndə sel suları ziyan vurub. Kəndlərə güclü sel sularının daxil olması nəticəsində əhaliyə məxsus fərdi təsərrüfatlara və əkin sahələrinə, infrastruktur obyektlərinə zərər dəyib. Sel nəticəsində rayon mərkəzi ilə kəndləri birləşdirən yollar su altında qalıb. Kəndlərin əksər hissəsinə elektrik enerjisi təminatı dayanıb.

PAY