Ev Cəmiyyət

“Son zəng” Tovuzda da təntənəli şəkildə qeyd olunub…(video)

PAY
Tovuz Son zəng

Son zəng bütün ölkədə olduğu kimi Tovuzda da təntənəli şəkildə qeyd olunub. Çəkiliş qrupumuz  Tovuzun Nəsirəddin Tusi və Aleksandr Sergeyeviç Puşkin adına orta məktəblərində olub.

Məktəb rəhbərləri, valideynlər və şagirdlər şənliyin bütün məzunların yaddaşında əlamətdar hadisə kimi qalması üçün əllərindən gələni ediblər. Məktəbi bitirən məzunlar 11 illik sinif yoldaşlarından, müəllimlərindən ayrıldıqları üçün kədərli idilər. Lakin bu gündən etibarən müstəqil həyata qədəm qoymaları onları sevindirirdi.

Məzun Elnarə Əkbərova: Bu gün təkcə 11-cilərin deyil, 1-cilərin də bayramıdır. Ona görə də ən az onlar da 11-cilər qədər sevincli idilər. Məzunların hansı hissi keçirdiyinə bələd olmayan 1-cilər üçün ən maraqlı və yaddaqalan illər qabaqdadır.

 Daha çox şənlənən isə qonaqlar oldu. Məktəblilərin maraqlı nömrələri hər kəsin üzündə təbəssüm yaratdı.

N.Tusi məktəbində olduğu kimi eyni bayram həyacanı Puşkin məktəbində də yaşandı. Məktəb direktoru tədbirə giriş sözü ilə başladıqdan sonra şagirdlər musiqi sədaları altında rəqs etməyə başladılar. Bir-birindən fərqli çıxışlar nümayiş etdirən məzunları hər kəs böyük sevgi ilə izlədi. Mikrafonumuza danışan məktəb direktorunun məzunlara arzularısa yəqin ki, uşaqlar üçün də sürpriz oldu.

A.S.Puşkin adına məktəbin direktoru Əmrahov Rəşid: Daha çox yadda qalansa məzunların son səhnələri oldu. Puşkin məktəbinin 11-ciləri 1-cilərə estafet kimi Azərbaycanın Dövlət Bayrağını verdilər. Daha sonra müstəqil həyata qovuşma anlamını vermək üçün məzunlar səmaya göyərçinlər uçurdular.

MƏLAHƏT VƏLİYEVA

PAY