Ev Cəmiyyət

Tovuzun Əlibəyli kəndində atışma…(video)

PAY
Tovuz Müharibə

Əlibəylidə atışmada yaralanan daha 2 nəfər kənd sakinləri 72 yaşlı Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi Nurcan Nağıyeva hazırda Tovuz Rayon Mərkəzi Xəstəxanasındadırlar. Onlar səhər saatlarında yaralanaraq xəstəxanaya çatdırılıblar. Hazırda onların vəziyyəti stabildir.
Tovuzun Əlibəyli, Hacallı və Koxanəbi kəndlərini Ermənistan Silahlı Qüvvələri atəşə tutub. Atışma İyunun 19-da, saat 18-00 radələrində başlayıb. Təxminən 5 saat davam edən atışma zamanı Əlibəyli kənd sakini Ənayət Əliyeva yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 46 yaşlı qadını evə atılan iriçaplı güllənin yaratdığı qəlpələr yaralayıb. Üç yerindən- ayağından, qolundan və qarın boşluğundan yaralanan Ənayət Əliyevanın vəziyyəti stabildir. Sakinlər ermənilərin kəndi iriçaplı silahlardan, ara-sıra isə partladıcı təyinatlı silahlardan atəşə tutduğunu deyirlər. Düşmənin xain həmləsinə Silahlı Qüvvələrimiz layiqli cavabı verib. Kəndlərdə vəziyyət stabildir.

Nicat Abdullayev (turkeltv.az)

PAY