Ev Cəmiyyət

Tovuz sakinini ilan sancıb…

PAY
Tovuz İlanlar

Tovuzda əkin sahəsində işləyən kənd sakinini ilan sancıb. Tovuz rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Düzqırıqlı kəndində baş verib. İlan kələm əkilən sahədə alaq otları təmizləyən qadınlara hücum edib. Kənd sakini, 31 yaşlı Ramin Babanlı ilanı tutmaq istəsə də, sürünən onu əlindən sancıb. Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənin səhhəti orta-ağır qiymətləndirilir. Yaralıya ilkin yardım göstərildikdən sonra Respubilka Toksikologiya Mərkəzinə göndərilib.

PAY