Ev Cəmiyyət

Tovuzda ağır yol qəzası: 4 yaralı…

PAY
Tovuz Qəza
Tovuzda ağır yol nəqliyyat qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 27-də günorta saatlarında Tovuz-Böyük Qışlaq-Qaralar yolunun Pələngli kəndi ərazisində baş verib.»VAZ 2107″ və «Niva» markalı avtomobillərinin toqquşması nəticəsində 38 yaşlı Rafiq Quliyev, 28 yaşlı Altay Novruzov, 48 yaşlı Asəf Məmmədov və 13 yaşlı Aytac Məmmədova müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.»Niva» markalı avtomobilin sürücüsü Asəf Məmmədov bildirib ki, qəzaya səbəb «VAZ 2107» nin onun yoluna çıxması olub.
 Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
PAY