Ev Cəmiyyət

Tovuzda oğlu anasını qətlə yetirdi…

PAY
Tovuz Hadisə

“Qafqazinfo” xəbər verir ki, Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Nəsimi küçəsində baş verib.Tovuz rayon sakini, 38 yaşlı Əli Vəliyev 72 yaşlı anası Tamilə Quliyevanı bıçaqlayaraq qətlə yetirib. Uzun müddət Rusiyada yaşayan Ə.Vəliyev ölkəyə 10 gün əvvəl gəlib. Mərhum Tamilə Quliyeva ilə birgə yaşayan övlad anası ilə mübahisə etdikdən sonra onu bıçaqlayıb.Ağır yaralanan ana qonşuya qaçıb və orada dünyasını dəyişib. Hadisəni törədən 38 yaşlı Əli Vəliyev isə cinayətini etiraf edərək polisə təslim olub.Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb araşdırma aparılır.

Qeyd edək ki, 2 oğul, bir qız anası olan 72 yaşlı qadın uzun müddət Tovuz Mərkəzi Rayon Xəstəxanasında tibb bacısı kimi çalışıb.

PAY