Ev Cəmiyyət

Tovuzda kartof yığımı davam edir…

PAY
Tovuz Kartof yığımı

Tovuzda havaların qeyri-sabit keçməsi, hətta bəzi dağ kəndlərinə dolu düşməsi kartof əkini ilə məşğul olan fermerləri, eləcə də kəndliləri narahat edirdi. Əvvəlki illərdə müxtəlif xəstəliklər, zərərvericilər bol məhsul götürməyə mane olurdu. Amma bu il vaxtında aparılan profilaktik tədbirlər, düzgün becərilmə öz bəhrəsini verib.İkinci çörək sayılan kartof dəyərli ərzaq məhsulu kimi bitkiçilikdə mühüm yer tutur. Tovuzda daha çox əkilən bu bitki hektara 20-25 ton məhsul verir. Yaz aylarında sahələrdə müşahidə olunan təhlükəli zərərverici orqanizm sayılan kartof güvəsinə qarşı vaxtında kimyəvi mübarizə tədbirləri aparılmadıqda fermerlər əkdikləri kartofdan gözlədikləri nəticəni ala bilmir. Amma ötən il həyata keçirilən dərmanlama işi sahələrdən yüksək məhsul əldə edilməsinə səbəb olub. Bunu bir neçə gündür kartof yığımını həyata keçirən fermerlər deyir.Kənd Təsərrüfatı Nazirliyi yanında dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi respublika ərazisində kartof güvəsinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üçün təcrid və ləğvedici tədbirlər həyata keçirib. Nəticədə bu il Tovuz rayonunda zərərvercilərin vura biləcəyi ziyan minimuma endirilib. Fermerləri narahat edən məsələrdən biri kartofun satışı və onun saxlanma anbarları ilə təmin edilməsidir. Onlar düşünür ki, əgər bu cür anbarlar regionlarda olarsa bu qış da kartofun qiymət artımının da qarşısını alar. Qeyd edək ki, Tovuzlu fermerlər bu il 7 min ha sahədə kartof əkib. Məhsuldarlığın yüksək olması ikinci çörəyin qiymətinə də təsir edib. Hazırda yeni yığılan kartof elə yerindəcə kisələrə yığılaraq 25-30 qəpiyə satılır.

Rahim İbrahimoğlu (Kəpəz TV)

PAY