Ev Cəmiyyət

Tovuzda Aşıq Muzeyi tikilir…

PAY
Tovuz Saz

Bölgədə saza-sözə maraq və bu sənətin ustadlarının çoxluğu Tovuzda Aşıq Muzeyinin tikilməsini labüd edib. Rayonun Bozalqanlı kəndində tikintisi davam edən ustad aşıq Hüseyn Bozalqanlının adını daşıyacaq bina 3 mərtəbəli olacaq. Hazırda tikinti meydançasında sürətlə iş gedir. İş icraçısının verdiyi məlumata görə, 1-ci mərtəbədə işlər artıq yekunlaşıb. Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə tikilən aşıq sənəti dövlət müzeyinə 5 milyon manat vəsait ayrılıb. Bina görnüşünə, hətta hündürlüyünə görə də, digərlərindən fərqələnəcək. 19 metr hündürlüyə malik müzeydə eksponatların saxlanılması, müxtəlif tədbirlərin təşkili üçün otaqlar tikiləcək. Aşıq sənəti dövlət müzeyində sərgi, dərnəklər təşkil olunacaq ki, bu da regionda saz, söz ustadlarının yetişməsində mühüm şərtdir. 2015-ci ilin iyulunda istifadəyə verilməsi planlaşdırılan bina, respublikada analoqu olmayan xüsusi memarlıq abidəsi olacaq. (kəpəztv.az)

PAY