Ev Cəmiyyət

Tovuzda qeyri-adi hadisə…

PAY
Tovuz QAZ

Tovuz rayonunun Düz Cırdaxan kəndində növbəti qeyri-adi hadisə baş verib. Hələ 2 ay öncə yumurtadan çıxan qaz balası digərlərindən fərqli — 3 ayaqlı olub. Səkinə Abbasovanın həyətində yumurtadan çıxan bu 3 ayaqlı qaz balası ilk vaxtlar sahibini bir o qədər də təəccübləndirməyib. Onlar düşünüb ki, bu canlı çox yaşamaz. Amma günlər keçdikcə böyüyən təbiət canlısının 3-cü ayağı da inkişaf edib. Ümumiyyətlə Düz Cırdaxanda qaz saxlamaq əslində kəndlilərin hobbisinə çevrilib. Qeyri-adi qazın sahibi isə 20 ildən artıqdır müxtəlif ev quşları bəslədiyini, amma indiyə kimi belə halla rastlaşmadığını deyir. Qeyd edək ki, Tovuz rayonunun Düz Cırdaxan kəndi qeyri-adi heyvanları ilə məşhurdur. Kənd sakini Şərif Həsənovun inəyi hər il 4 bala verməklə sahibini sevindirir.(Kəpəz tv)…

PAY